Трек очень похож на
- Название Azəri Torpağı
- Исполнитель Eyyub Yaqubov & Eldar Əzizli
- Жанр Pop
- Год релиза 1999
- ISRC FRX282011036
Видео
Текст песни
Azəri torpağının hamımız övladıyıq,
Bakı bizim anamız, ona canla bağlıyıq.
Sən saç ey günəşim Azərbaycanıma
Əzizidir mənə vətənim
Mən bağlıyam Bakıma
Olmuşam mən yurdumun
Nabranında, Göygölündə
Novxanı bağlarında
Digər səfalı yerində
Göz açandan Bakıdan
Almışam mən ilhamımı
Necə də sevməyim mən
Doğma Azərbaycanımı
Azəri torpağının hamımız övladıyıq,
Bakı bizim anamız, ona canla bağlıyıq.
Sən saç ey günəşim Azərbaycanıma
Əzizidir mənə vətənim
Mən bağlıyam Bakıma
Əyandı Bakımın tarixi, keçmiş dünyası
Şirvanşahlar sarayı, İçərişəhər, Qız qalası
O vaxtdan bugünə kimi
Əzizləyir yadigarı
Keçmiş illər xatiri
Azərbaycan diyarı
Azəri torpağının hamımız övladıyıq,
Bakı bizim anamız, ona canla bağlıyıq.
Sən saç ey günəşim Azərbaycanıma
Əzizidir mənə vətənim
Mən bağlıyam Bakıma
Getdikcə qədim Bakı
Günü-gündən cavanlaşır
Mavi Xəzər sahili
Hər yan əlvan yaşıllaşır
Bakıma hər yandan
Tez-tez qonaqlar axışır
Vətənim çox gözəldir
Hamı deyir hamı danışır
Azəri torpağının hamımız övladıyıq,
Bakı bizim anamız, ona canla bağlıyıq.
Sən saç ey günəşim Azərbaycanıma
Əzizidir mənə vətənim
Mən bağlıyam Bakıma
Azəri torpağının hamımız övladıyıq,
Bakı bizim anamız, ona canla bağlıyıq.
Sən saç ey günəşim Azərbaycanıma
Əzizidir mənə vətənim
Mən bağlıyam Bakıma

