Трек очень похож на
- Название Qara Mamba
- Исполнитель Okaber
- Жанр Hip-Hop/Rap
- Год релиза 2015
- ISRC USE830979250
Видео
Текст песни
Şeiriyyatla bol qeyd xarabamda,
Sətirlərim zəhər karandaşım Qara Mamba
Bir də qara banda haqqını tapdalasa,
Susmasan başın evə gedər salafanda!
Burda belə yazılıb qanunları cəngəlliyin!
Onlar adam ətindən kabab çəkir, xəngəl yeyir
Eşidən qulağı kəsir, görən gözü çəngəlləyir,
Dostları dar ağacından asıb, sevgini əngəlləyir
Hər kəsə "sən gəl" deyib,
Biz də səngərdəyik
Ən dərin xəndəkdə biz
İnanmadan inanclara,
Hədəfə çatmış kim?
On üç, 5.45, 7.62
Qafiyəmin 15-i Şərqə çatır, 5 Qərbə!
Eşitsin ASALA, P.K.K., Peşmərgə!
Bizdə MGT var! Yeni nəsil Difai!
TAOW Qurdun Ordusunda hər kəs fədai
Qaldırın temperaturu əlimdə əridim giliz,
NMD, Brony Bro, Karabin, Mərdümgiriz
Sözlərimi itiləmişəm, dibinə qədər yonub salmışam!
Mən Turana gedən yollarda donub qalmışam
Sən elə bilirsən sən azadsan?!
Yox, yox bu heç belə deyil
Çünki, sən hər iki seçimə tabesən
Birindən əl çəksən belə, ikincidə onların seçimidir
Onlar çox, çox əvvəl bizim yerimizə artıq seçim ediblər
Sizin üçün artıq heç nəyin fərqi yoxdur...
Həmrəy olanlar gözümə dəyir həmrəng kimi,
Qollarım Dəmir Qapı Dərbənd kimi!
Okaber epidemiya, vərəm, ruhi xəstəlikdi,
Dağıdır organizmi xərçəng kimi
Yalana gerçək kimi görsənən kod vurular,
Mən isə həqiqəti məşəl edib od vururam!
Tərsinə akkord vururam həyatın zərbələrinə,
Ən dərin yaralarıma yod vururam
Ulduzlardan çox tanınan Karabin underground,
Mən Adolf Hitler, sevgilim Eva Broun
Sindrom Down, Soprano, Suprême NTM
Miri Yusifin "Yarım Dünya"sı rekviemdi
İnsanlıq sizdə qalsın, biz Qurda döndük!
Mən üzsüzlüyü, ikiüzlüyü burda gördüm
Əslində deyiləsi dastan qədər sözüm var idi,
Hərənizə 1-2 sətir yazıb, xırda-xırda böldüm
Buralar cəngəllikdi, elə bil Çunqa-Çanqa
Xatirələrlə dolu idi Chilonzor, Ganga
Çəkirəm bütün rəsmləri həyasız və çılpaq,
Boyalarım zəhər karandaşım Qara Mamba
Mən sənə heç bir dünyanı vəd etmirəm
Çünki, bu həqiqətlərin içində çoxları dözə bilməyib
Ya dəli adlandırılıb ya da, ya da ki, intihar
Bağışla, amma əlimizdə olan budur...

